EN

Uşaq dünyaya gətirməyin əleyhinə çıxan qadın cəzalandırıldı

Yazını böyüt
Yazını kiçilt

Sevastopol məhkəməsi qadını sosial şəbəkələrdəki paylaşımlarında "uşaq sahibi olmamağa təşviq etdiyi" üçün 50 min rubl cərimələyib. Bu, Rusiyada qüvvəyə minən yeni qanunlara əsasən verilən ilk hökmdür.

Hafta.az-ın yazdığına görə, polis, qadının "rahat həyat sürmək üçün uşaq sahibi olmaqdan vaz keçmək vəsvəsəsi" ilə bağlı məzmun paylaşdığını bildirib. Polisin açıqlamasına görə, 29 yaşlı qadının "VKontakte" sosial media platformasında Quentin Tarantinonun şəklini "Uşaq deyil, film çək" sözləri və bunabənzər digər paylaşımlar etdiyi müəyyən edilib. Səlahiyyətlilər, sözügedən məzmunun yeni qanunla qadağan edilən "uşaqsız" təbliğat çərçivəsində nəzərdən keçirildiyini bildirib. Məlumata əsasən, qadın qanun qüvvəyə mindikdən sonra bu məzmunları silmədiyi üçün cəzalandırılıb.

“Business FM”ə danışan rusiyalı vəkil Aleksey Sklyarenko məhkəmənin qərarının presedent yarada biləcəyini ifadə edərək, “Bu, mövzu ilə bağlı ilk qərardır. Bundan sonra veriləcək qərarların daha sərt və ya yüngül olacağını görəcəyik”. Sklyarenko vurğulayıb ki, paylaşımların nə vaxt edildiyi deyil, qadağa qüvvəyə mindikdən sonra silinib silinməməsi vacibdir.

Mütəxəssislər bu işin başlanğıc ola və gələcəkdə oxşar halların müxtəlif bölgələrdə də müşahidə oluna biləcəyini düşünürlər. Polisin təqdim etdiyi sübutların əksəriyyətindən paylaşım tarixləri silinsə də, qanuna görə, bu cür inzibati cinayətlər üçün iddia müddəti 90 gün ilə bir il arasında dəyişir.

Chosen
7
hafta.az

1Sources