EN

KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

Bakı. Trend:

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud”xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın icrası çərçivəsində informasiya sistemləri vəehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumuİqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesinİnkişaf Agentliyi (KOBİA) olub.

KOBİA informasiya sistemləri və ehtiyatlarını tam şəkildəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki“AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib.“AzInTelecom” MMC tərəfindən KOBİA-ya Virtual server – IaaS(İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS(Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təminolunub. Bununla da agentlik kritik sistemlərin yüksək əlçatanlığınıtəmin edib.

Qeyd edək ki, RİNN tərəfindən həyata keçirilən “Hökumət buludu”layihəsinin icraçısı “AzInTelecom” MMC-dir. Layihə çərçivəsindədövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı vəYevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyatakeçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalırvə informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə,informasiya sistemlərinin təhlükəsizliyinin daha datəkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna,operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalqstandartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqazregionunda əldə etmiş ilk qurumdur.

Chosen
12
10
az.trend.az

10Sources