EN

Xolesterin – dərmansız əridin

Xolesterinin orqanizmdə yüksək səviyyədə olması ürək və damar xəstəliklərinin ilk risk amilidir. Xolesterin damarların divarlarında yığılaraq onların elastikliyini pozur, daraldır, zəif və kövrək edir. Nəticədə, damarların partlaması riski artır ki, bu da infarkt və insultun inkişafına səbəb ola bilər.

Rusiyanın Pyatiqorsk Əczaçılıq Akademiyasının müəllimi, biologiya elmləri doktoru, professor Valeri Məlik–Hüseynov “Komsomolskaya pravda”ya verdiyi müsahibədə qanda xolesterini azaldan bəzi təbii üsullardan söz açıb.

1. Yemişan: 2 xörək qaşığı yemişan xırdalanır, üzərinə 1,5 stəkan isti su əlavə olunur, 1 saat termosda dəmlənir, süzülür və sonra gündə 3 dəfə yarım stəkan olmaqla yeməkdən 30 dəqiqə əvvəl içilir.

2. Qara qarağat yarpağı: 2 xörək qaşığı xırda doğranmış qara qarağat yarpağının üstünə 1 stəkan isti su töküb 1 saat gözləmək, süzdükdən sonra gün ərzində 2–3 dəfə, hərəsində yarım stəkan olmaqla qəbul etmək lazımdır.

3. Şüyüd toxumu: 1 xörək qaşığı şüyüd toxumunun üzərinə 1,5 stəkan isti su əlavə edilir, 1 saat saxlanır, süzülür, gün ərzində yarım stəkan içilir.

Bundan əlavə xolesterinin səviyyəsini aşağı salmaq üçün professor Məlik–Hüseynov artıq çəkidən azad olmağı, siqaret çəkməkdən imtina etməyi, hərəkətli olmağı, sağlam qidalanmağı tövsiyə edir.

Zərifə BƏŞİRQIZI
XQ

Chosen
4
xalqqazeti.az

1Sources