EN

HƏMAS Trampa xəbərdarlıq etdi

Bunu “Reuters” agentliyinəmüsahibəsindəFələstinin HƏMAS hərəkatının rəsmi nümayəndəsi Sami Əbu Zuhri deyib.

O, Trampın Qəzzaya nəzarət etmək istəyini absurd arzu adlandrıb: "Bu tip hər hansı digər fikirlər regiondakı qarışıqlığı artıra, bölgəni qızışdıra bilər”.

Xatırladaq ki, Tramp fevralın 5-də diqqət çəkənbəyanat verib.O, fələstinliləri bölgədən qonşu ölkələrə köçürdükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırdığını açıqlayıb. Siyasətçi İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında ABŞ-nin regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını deyib. Trampın planları ərəb liderləri və HƏMAS-ın qınağına səbəb olub. Onlar Ağ Ev rəhbərinin təkliflərini yerli əhalini qovma prosesi adlandırıblar. Netanyahu isə ABŞ prezidentini dəstəkləyib.

Tural Tağıyev
AzVision.az

Chosen
7
2
azvision.az

2Sources