ABŞ-nin Los -Anceles şəhərində 238 kiloqramlıq ayı yanğın nəticəsində təxliyə edilən kişinin zirzəmisini ələ keçirib.
Medianews.az xəbər verir ki, Sami Arbid İton yanğını bitdikdən sonra evinə qayıdıb və orada nəhəng bir ayı tapıb. Heyvanın yanğından qorxduğu və Arbidin zirzəmisindən sığınacaq kimi istifadə etmək qərarına gəldiyi güman edilir.
Kişi qonşularının ayıdan xəbəri olduğunu öyrənib. Hətta yırtıcıya ləqəb də qoydular: bəziləri onu Berri, digərləri isə Viktor adlandırırdılar.
Arbid, zirzəmisinə daxil olmaq istədi, ona görə də Kaliforniya Balıq və Vəhşi Təbiət Departamenti ilə əlaqə saxlayıb. Onun işçiləri zirzəmidə tələ qursalar da, ayı hərəkətə keçəmyib.
Sonra şöbə işçiləri heyvanı zirzəmidən yeməklərlə çıxarmaq qərarına gəldilər: qızardılmış toyuq, pomidor sousunda sardina, alma və fıstıq yağı.
Ayı idarənin ümidlərini doğruldub və yemək almaq üçün evi tərk edib. O, dərhal tutularaq meşəyə qaytarılıb. Heç kim xəsarət almayıb.
Medianews.az