EN

Bakıda yol qəzasında 3 nəfər öldü, sürücü qaçdı

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Xəzər rayonunda baş verib.

 

Belə ki, Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə Nazim Musayevin idarə etdiyi“Toyota Prius” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Saipa”da olan sərnişinlər – 1989-cu il təvəllüdlü Polad Salmanov, 1986-cı il təvəllüdlü Rövşən Hüseynov, “Toyota Prius”un sərnişini, 1998-ci il təvəllüdlü Nizami Soltanov hadisə yerində ölüb.

 

“Toyota Prius”un sürücüsü, 2003-cü il təvəllüdlü Nazim Musayev hadisə yerindən qaçıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Tarix: 5 Fevral 2025, 10:08   
Chosen
9
12
pravda.az

10Sources