EN

Tanınmış yazıçı-jurnalist vəfat etdi

Tanınmış yazıçı-jurnalist Bəhram Çələbi (Mustafabəyli) vəfat edib.

Vətəninfo.az xəbər verir ki, Bəhram Çələbi 26 oktyabr 1946-cı ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsini qurtarıb. 1980-ci ildən 1996-cı ilə qədər Şəki Şahmat Məktəbinin direktoru işləyib.

1996-cı ildə Bakıda “Kaspian Oyl” informasiya agentliyində işə başlamış, daha sonralar “Avtoritet”, “Kriminal”, “İnterpolis” qəzetlərində kriminal mövzuda məqqalələr yazmışdır. “Oğru dunyası” mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı “Diktator Ağakərim”dir. Həmin roman rus dilinə tərcümə olunaraq (“Boq Urala”) oxuculara təqdim edilib.

Yazıçının “Lotu Söhbət”, “Karzubı Vaqif”, “Novxanılı Əliqardaş”, “Krasavçik Ağakərimin məhbəs xatirələri”, “Doktor Ağoppa”, “dağlı Musa”, “Dağlı Muğbil”, “Olim Kirovabadskiy”, “Zver Ələkbər”, “Malışka Səfurə”, Çolaq Böyükağa”, “Qızıldiş Mamedin məhbəs gündəliyi” və sair romanları çapa hazır olsa da, maliyyə çatışmazlığı səbəbdən əlyazma halında qalmaqdadır.

Allah rəhmət eləsin!

Chosen
6
veteninfo.az

1Sources