EN

ABŞ-də yer çatışmazlığı səbəbindən saxlanılan miqrantlar azad edilib - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ polisi miqrantların saxlanma mərkəzlərinin 109% dolması səbəbilə bəzi saxlanılanları azad edib. Gündə onlarla insan buraxılır, məsələn, 4 fevralda 160 nəfər sərbəst buraxılıb.

Hazırda 42 min miqrant saxlanılsa da, rəsmi sənədlərə görə, mərkəzlər 38 521 nəfər üçün nəzərdə tutulub.

Xatırladaq ki, yeni prezident Donald Tramp 20 yanvarda vəzifəyə başladıqdan sonra miqrasiya məsələsinə dərhal baxacağını və qanunsuz miqrantları ölkədən çıxaracağını bildirmişdi.

Bundan əvvəl ABŞ-dən Kubadakı Quantanamo bazasına ilk miqrant təyyarəsinin göndərildiyi məlum olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
9
olaylar.az

1Sources