EN

Mahmud Qurbanov: “Qarabağ”a bu çempionatda da rəqib yoxdur”

Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov apasport.az saytına müsahibə verib.

- “Qarabağ” bu sezon da liderdir. Necə düşünürsüz, mövsümün sonuna qədər liderliyi davam etdirib, çempion ola biləcəklər?

- Onsuz da, görünür ki, “Qarabağ”a bu çempionatda da rəqib yoxdur. Son matçlarda uduzsa belə, vəziyyət budur. İkinci yerlə xal fərqi də çoxdur. Mövsümün sonuna kimi “Qarabağ” liderliyi əldən verməyəcək. Hər halda, çempionluğu qazanacaqlar.

- “Araz-Naxçıvan” və “Turan Tovuz”un bu mövsümkü performansı sizin üçün gözlənilməzdir?

- Komandadırlar da, iddia qoyurlar, yaxşı kollektiv yığırlar, yaxşı oyunçular dəvət edirlər və uğurlu nəticələr qazanırlar. Həm də, yaxşı futbol da oynayırlar. İstər “Araz-Naxçıvan” olsun, istərsə də, “Turan Tovuz”. Bəli, bu mövsüm təəccübləndirirlər. Hər halda, sezonun əvvəlindən heç kim belə olacağını fikirləşməzdi. Hardasa, “Turan Tovuz”u fikirləşmək olardı ki, Kurban Berdıyev gəlib, iddiaları olacaq. Amma “Araz-Naxçıvan” çempionat başlayandan 2-ci yeri necə götürübsə, hələ də özündə saxlayır. Üçüncü yerlə xal fərqi də az deyil. Həqiqətən yaxşı oynayırlar. 3-4 komanda var ki, mövsümün sonuna qədər avrokuboklara vəsiqə uğrunda rəqabət gedəcək. 

- Sabiq komandanız “Səbail”in çıxışını necə dəyərləndirirsiz? Son pillədədir...

- Qış fasiləsindən sonra iki qələbə qazanıb, bir heç-heçə ediblər. Yaxşı başlayıblar, nəticələr də yaxşıdır. Görək nə qədər davam edəcəklər.

- Hansı komanda Premyer Liqada sonuncu olmağa daha “iddialı”dır?

- Proqnoz vermək olmaz. Fasilədən sonra üç tur keçirilib. İndidən nəsə demək çətindir. Düşünürəm ki, mövsümün sonuna qədər mübarizə gedəcək. Konkret hansısa komandanın adını çəkmək çətindir.

- Yeni mövsümdən Premyer Liqada 12 komanda olacaq. Bu haqda fikriniz necədir? 

- Təbii ki, sayın artırılmağı yaxşıdır. Futbolçular, məşqçilər üçün iş yeridir. Bölgədə futbolun inkişafına, azarkeşlərin toplaşmasına yaxşıdır. Azarkeşlər oyunlara daha çox bölgədə gəlirlər. Bu faktdır. Ona görə də, təbii ki, liqada daha çox komandanın olması yaxşıdır.

- Sizin üçün doğma olan “Neftçi”nin çempionatda elə bir iddiası qalmayıb. Ən azından kuboku götürərək mövsümü xilas edə bilərlər? Komandanın hazırkı gücü ilə bunu etməsi realdır?

- Çempionatda medallar uğrunda, avrokuboklara vəsiqə uğrunda şanslar real görünmür. Çünki nəticələr yaxşı deyil, turnir cədvəlindəki yeri də yaxşı deyil. Dediyiniz kimi, qalır kubok. Bir çox komanda var ki, elə gözünü kuboka dikib. Məhz ordan Avropaya yollanmaq istəyirlər. Ən asan və qısa yol kubokdandır. Çətin olacaq. Nələrisə düzəltmək lazımdır. Düzəlməsə, “Neftçi” üçün çətin olacaq.

İsmayıl Xeyrullayev

Kadi “Qarabağ”da - RƏSMİ

Könül Mehdiyeva UEFA-dan təyinat alıb

AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb

Millimiz Belarusla yoxlama oyunu keçirib

Premyer Liqaya hansı komandalar yüksələcək? – Elitada 3 yeni klub

Chosen
9
apasport.az

1Sources