"ABŞ “Qəzza zolağını almağa” və Fələstin anklavını təmizləməyə hazırdır".
Turkustan.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra birgə mətbuat konfransında bildirib.
"Birləşmiş Ştatlar Qəzza Zolağını alacaq və biz onun qayğısına qalacağıq. Biz onun sahibi olacağıq və bütün təhlükəli, partlamamış bombaları və digər silahları çıxarmaq, ərazini təmizləmək, dağılmış binalardan xilas olmaq, orada yaşayan insanlar üçün sonsuz iş yerləri və evlər yaradacaq, iqtisadi inkişafı təşviq etmək üçün məsuliyyət daşıyacağıq"-deyə, Amerika lideri bildirib.
"Söhbət etdiyim hər kəs ABŞ-ın bu torpaq parçasına sahib olması, onu inkişaf etdirməsi və minlərlə iş yerinin yaradılması ideyasını dəstəkləyir" deyə,Tramp əlavə edib. O, əmindir ki, bütün Yaxın Şərq bununla fəxr edəcək.
Aytən Yaşar/ Turkustan.az