EN

Türkiyə 152 tarixi əsəri Misirə qaytarır

Eramızdan əvvəl 2000-ci ilə aid boyunbağı parçaları, tunc, şüşə və daş amuletlər də daxil olmaqla 152 artefakt Misir hakimiyyətinə təhvil verilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi Türkiyə ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümündə Misirə aid 152 tarixi əsərin Türkiyədən geri qaytarıldığını açıqlayıb.

Nazirlikdən verilən yazılı açıqlamaya görə, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy və Misirin Əsərlər və Turizm naziri Şerif Fəthinin iştirakı ilə keçirilən mərasimdə iki ölkə arasında turizm əməkdaşlığını gücləndirəcək Turizm sahəsində Anlaşma Memorandumu imzalanıb.

Əsərlərin 1998-ci ildə Türkiyəyə gələn əcnəbi vətəndaş tərəfindən internet üzərindən və xaricə səfərləri zamanı əldə edildiyi və məhsulların qeyri-qanuni olaraq saxlandığı müəyyən edilib.

Ekspertiza nəticəsində əşyaların Misir mənşəli olduğu və eramızdan əvvəl 3000-ci ilə aid olduğu deyilir.

Chosen
10
kulis.az

1Sources