EN

Favoritlər qalib gəlib, Türkan Məmmədyarova uduzub

Şahmat üzrə Azərbaycan çempionatı davam edir.

İdman.biz xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Favoritlər günü qələbə ilə başa vurublar. Şəhriyar Məmmədyarov qara, Teymur Rəcəbov ağ fiqurlarla qalib gəlib.

Qadınların yarışında Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Gülnar Məmmədova ilk oyunlarda güclü olublar. Zeynəb Məmmədyarova da günü bir xalla başa vurduğu halda, Türkan Məmmədyarova məğlubiyyətə üzülüb.

Kişilər
1/8 final, ilk oyunlar

Fərid Abbasov – Şəhriyar Məmmədyarov - 0:1
Teymur Rəcəbov – Namiq Quliyev - 1:0
Məhəmməd Muradlı – Nicat Məmmədov - 1:0
Vüqar Rəsulov – Rauf Məmmədov - 0,5:0,5
Vasif Durarbəyli – Əhməd Əhmədzadə - 0,5:0,5
Vüqar Əsədli – Eltac Səfərli - 0,5:0,5
Misrətdin İsgəndərov – Nicat Abasov - 0,5:0,5
Aydın Süleymanlı – Read Səmədov - 1:0

Qadınlar
1/8 final, ilk oyunlar

Lalə Hüseynova – Günay Məmmədzadə - 0:1
Gövhər Beydullayeva – Səbinə Rzalı - 1:0
Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva - 0:1
Xanım Balacayeva – Ləman Hacıyeva - 1:0
Mələk İsmayıl – Gülnar Məmmədova - 0:1
Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova - 0:1
Nərmin Kazımova – Türkan Məmmədyarova - 1:0
Nərmin Abdinova – Səbinə İbrahimova - 0,5:0,5

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri bu gün keçiriləcək. Qarşılaşmalar saat 15:00-da başlayacaq.

İdman.biz

Chosen
4
7
idman.biz

10Sources