EN

Bakıda ağır qəza: 3 NƏFƏR ÖLDÜ, SÜRÜCÜ QAÇDI

Bakıda ağır yol qəzası baş verib.

Korrespondent.az bildirir ki, hadisə gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda qeydə alınıb.

Belə ki, Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub.

Nəticədə “Saipa” markalı avtomobildə olan sərnişinlər - Polad Salmanov, Rövşən Hüseynov və “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüblər.

“Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Chosen
3
25
korrespondent.az

10Sources