Bakı. Trend:
Cari ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmibeynəlxalq ehtiyatları 10,9 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.
Məlumata görə, bu, əvvəlki ayla müqayisədə 8,3 milyon ABŞdolları və ya 0,1%, bir il əvvəlki göstəriciyə nisbətən isə 653,5milyon ABŞ dolları və ya 5,6% azalma deməkdir.
Qeyd edək ki, Mərkəzi Bank ötən aylarda valyuta bazarınasatışyönlü müdaxilə etmişdi. Qurum ötən ilin son rübündə valyutabazarında satışyönlü mövqedən çıxış etməsini müdaxilə ilə deyil,dövlət xərcləri ilə əlaqələndirmişdi.
Əlavə edək ki, bu il fevralın 1-nə Azərbaycanda pul bazası 20,1milyard manat təşkil edib. Bu göstərici bu ilin yanvar 1-i iləmüqayisədə 3,8% və ya 792 milyon manat azalma deməkdir. Eynizamanda, ölkədə pul bazası son 1 ildə 0,7% və ya 147 milyon manatazalıb.