EN

Bakıda ağır qəza – 3 nəfər öldü, sürücü qaçdı

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə gecə saat 00.00 radələrində Xəzər rayonunda Qala-Zirə yolunda qeydə alınıb.

Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə Nazim Musayevin idarə etdiyi“Toyota Prius” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Saipa”da olan sərnişinlər – 1989-cu il təvəllüdlü Polad Salmanov, 1986-cı il təvəllüdlü Rövşən Hüseynov, “Toyota Prius”un sərnişini, 1998-ci il təvəllüdlü Nizami Soltanov hadisə yerində ölüb.

“Toyota Prius”un sürücüsü, 2003-cü il təvəllüdlü Nazim Musayev hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.

Chosen
3
12
heftelik.az

10Sources