Bakı. Trend:
Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələraşkarlanıb.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumatyayıb.
Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarınınhəyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotikvasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edənLeyla Musayeva saxlanılıb.
Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metodon həbləriaşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbsqətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.