Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, qalmaqallı amerikalı jurnalist Taker Karlson Kreml lideri Vladimir Putinin rəvayətlərini tamamilə təkrarlayır...
Poliqon xəbər verir ki, Ukrayna lideri bu barədə britaniyalı jurnalist Piers Morqanla müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, bu, insanların onlar arasında "balans" qurmağa və kompromis axtarmağa başlaması üçün edilir:
"Mənə elə gəlir ki, o, Ukraynada baş verənləri daha dərindən başa düşməlidir. Putinə işləməyi və ona yaltaqlanmağı dayandırmalıdır".
Xatırladaq ki, ötən ilin fevralında amerikalı jurnalist Putinlə iki saatlıq müsahibə aparmışdı. İlin sonunda Karlson Rusiyanın xarici işlər naziri Sergey Lavrovla böyük müsahibə vermək üçün Rusiya paytaxtına qayıdıb.
Poliqon.info