EN

Paşinyan Türkiyə ilə dialoqda tezliklə nəticənin əldə olunacağına ümid edir

Paşinyan

Ermənistan və Türkiyə mütəmadi olaraq bir-biri ilə əlaqə saxlayır, buna hər hansı maneə yoxdur.

Xalqcebhesi.az-ın RİA “Novosti”yə istinadən məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şuranın iclasında bildirib.

“Xarici işlər nazirləri də mütəmadi olaraq görüşür və söhbət edirlər. Bizim nümayəndələrimiz arasında da daimi əlaqələr mövcuddur. Biz aktiv şəkildə işləyirik, atılacaq addımlarla bağlı aramızda ümumi anlaşma var”.

Ermənistan hökumətinin başçısı əlavə edib ki, real nəticələrin əldə olunması üçün yekun xarakterli bir sıra addımların atılması zəruridir:

“Ümid edirik ki, nəticə tezliklə əldə olunacaq. Biz bu dialoqu davam etdiriririk və davam etdirəcəyik. Hesab edirəm ki, Ermənistan və Türkiyə arasında heç vaxt bu qədər aktiv dialoq olmayıb”.

Chosen
4
7
xalqcebhesi.az

8Sources