EN

Tailandda turist avtobusu qəzaya düşdü - 2 ölü, 35 yaralı

Tailandın Tak əyalətində turist avtobusunun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 35 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Naewna” qəzeti məlumat yayıb.

Hadisə avtomobilin idarəetməni itirərək qarşı zolağa çıxması və daha sonra yolun kənarındakı ağaca çırpılması nəticəsində baş verib.
Sürücü və köməkçisi ölüb.

Polis yol-nəqliyyat hadisəsinə səbəb olan şəraitlə bağlı araşdırmalara başlayıb.

Chosen
14
ucnoqta.az

1Sources