EN

“Qayıdış” tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək

Fevralın 11-də saat 19:00-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə ərsəyə gəlmiş “Qayıdış” tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki,bu film 2024-cü ildə keçirilən “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi”ndə qalib gəlmiş 6 ekran əsərlərindən biridir. “Karvan Production” MMC tərəfindən istehsal olunmuş “Qayıdış” filminin rejissoru Elməddin Alıyev, prodüseri Emil Nəcəfov və Elməddin Alıyevdir. Film bir ailənin 30 ildən sonra Laçına qayıdışından və yenidən sevdikləri peşə ilə məğul olmasından bəhs edir.

Qeyd edək ki, ötən bir il ərzində Mədəniyyət Nazirliyi və ARKA tərəfindən 40-dan çox film layihəsinə maliyyə ayrılıb. Həmin filmlərin təqdimatı il ərzində davam edəcək.

Chosen
7
1
kulis.az

2Sources