EN

Türkiyənin yanvar ayında xalça ixracı azalıb

Bakı. Trend:

2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına xalçaixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 3,9 faiz azalaraq, 226min 697 dollara bərabər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar2025 - yanvar 2024) Türkiyə 2 milyon 857 min 807 dollar məbləğindəxalça ixrac edib.

Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə 247 milyon 411min dollar məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilindekabr ayı ilə müqayisədə 3,2 faiz azdır.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq, 2 milyard867 milyon 477 min dollara bərabər olub.

Məqalədə:
Chosen
1
1
az.trend.az

10Sources