EN

KİM HANSI TV-DƏ HANSI VERİLİŞƏ BAXIR?- AUDİOVİZUAL ŞURADAN TƏHLİL

Audiovizual Şura 2024-cü il ərzində açıq yayımlanan ümumölkə yerüstü televiziya proqramlarının janr üzrə statistikasını təhlil etmişdir...

 Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən "Təzadlar"a bildirilib ki, 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:

 23,4% - informasiya və analitik proqramlar

16,0% - idman proqramları

14,1% - reklam məzmunlu materiallar

13,5% - musiqi və əyləncəli proqramlar

12,8% - bədii filmlər və seriallar

8,7% - mədəni-maarif janrında proqramlar

3,3% - anonslar və elanlar

3,1% - sənədli film və materiallar

2,8% - sosial proqramlar

1,2% - uşaq proqramları və cizgi filmləri

1,1% - sosial çarxlar

Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.

Chosen
16
4
tezadlar.az

10Sources