EN

Fransa qaçdı, Türkiyə gəldi – Parisə məxsus hərbi baza Ankaranın nəzarətinə keçdi

Türkiyə Çada “Bayraktar” pilotsuz uçan aparatları tədarük edib və ölkədəki “Faya-Largeau” hərbi bazasına öz hərbi müşavirlərini və türk şirkətinin personalını yerləşdirib.

“AzPolitika” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, Afrikadakı müstəmləkə keçmişi ilə tanınan Fransanın Çaddan çəkilməsinin ardından Türkiyə bölgədəki təsirini artırmağa başlayıb. Paris tərəfindən boşaldılan hərbi bazaya nəzarətin Ankaraya verildiyi bildirilir. “Bayraktar” pilotsuz təyyarələrini bazaya yerləşdirən Türkiyənin bölgədə sabitliyi təmin etmək üçün işlərə başladığı deyilir.

Məlumata görə, Fransa sabitlik bəhanəsi ilə illərdir Afrikada hərbi mövcudluğunu qoruyub saxlasa da, əslində regionda müstəmləkəçilik siyasəti aparıb və buna görə daim tənqidlərlə üzləşib. Parisin illərdir Çadda hərbi baza qurduğu, həm təbii sərvətləri istismar etdiyi, həm də bölgədə münaqişələri qızışdırdığı hamıya məlumdur. Bununla belə, ictimaiyyət və yerli hökumətlər Fransanın təsirinə reaksiya verdikdən sonra Makron administrasiyası bu yaxınlarda son əsgərlərini də Çaddan geri çəkməyə məcbur olub.

Bu nöqtədə isə Türkiyə Çadla güclü diplomatik və hərbi əlaqələr qurmaq üçün hərəkətə keçib. Fransanın bölgədən çıxmasını gözləyən Çad rəhbərliyi yanvarın ortalarında bağlanmış müqavilə ilə hərbi bazanı Türkiyəyə rəsmən təhvil verib. Xatırladaq k, Prezident Rəcəb Tayyib Ərdoğan bundan öncə Türkiyənin Afrika ölkələri ilə bərabər tərəfdaşlıq əsasında hərbi və iqtisadi əməkdaşlığı artırmaqda qərarlı olduğunu vurğulamışdı.

Qeyd olunur ki, Çaddakı hərbi bazanın köçürülməsi Türkiyənin Afrikadakı yeni geosiyasi gedişlərindən yalnız biridir. Önümüzdəki dövrdə Türkiyənin Sahel və Şimali Afrikada daha da güclənməsi, Fransanın isə tamamilə kənarda qalması gözlənilir.

“AzPolitika.info”

1Sources