EN

Paşinyan Bakıya ikitərəfli münasibətlərə sıfırdan başlamağı təklif edib

Ermənistanın Baş naziri bu barədə Vaşinqtonda Atlantik Şurada çıxış edərkən bildirib.

 

Paşinyan bildirib ki, o, Bakıya ikitərəfli münasibətlərə sıfırdan başlamağı təklif edib.

Operativ Media Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Vaşinqtonda Atlantik Şurada çıxış edərkən bunu “yeni dövr” adlandırıb.

Onun sözlərinə görə, tərəflər sülh müqaviləsi layihəsində həssas mövzularda razılığa gələ biliblər və bu, gələcək sülhün təməl daşıdır.

O, bildirib ki, sülh indi daha yaxındır və yalnız sülh müqaviləsi layihəsini yekunlaşdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq üçün siyasi iradə lazımdır.

Chosen
26
1
operativmedia.az

2Sources