“Mənə indiyədək Azərbaycanda bir dənə əsər sifariş olunmayıb. Nə də bir əsərim alınmayıb. Bir filmə musiqi yazmaq üçün dəvət etməyiblər. Bir tamaşa üçün təklif almamışam. Gəlib burda oturmuşam və Vətənimə xidmət edirəm. Maaş alıram, bu qədər...”
Bu fikirləri Azərbaycanı dünyada tanıdan bəstəkar, Xalq Artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bizim.Media-ya müsahibəsində deyib.
Müsahibədə bəstəkar İttifaqın son qurultayı, musiqi sahəsində hazırkı vəziyyəti, bəstəkarlıq məktəbinin inkişafı və s. mövzularda suallara cavab verib.
Söhbət əsnasında musiqiçi televiziyalarımızın simfonik musiqiyə laqeyd münasibətindən də gileylənib.
Daha ətraflı videomüsahibədə:
Rəna Cumaqızı, Pərviz Allahverdiyev, Bizim.Media