EN

“Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib” – Zelenski

ABŞ Ukraynadakı müharibədən milyardlarla gəlir və əvəzsiz döyüş təcrübəsi əldə edib.

Tribunainfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Violodimir Zelenski jurnalist Pirs Morqana müsahibəsində deyib.
Onun sözlərinə görə, Amerika şirkətləri Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibənin yaratdığı böyük tələbat səbəbindən son 50 ildə ən yüksək qiymətə silah müqavilələri bağlayıblar: “Bütün Avropa ölkələrinin buna tələbatı var. İnsanlar qorxurlar. Bu, nəhəng pullardır. Amerika şirkətləri hətta lisenziyalardan da milyonlar qazanıblar, çünki onların Avropada ofisləri var. Ona görə də bu, milyardlarla gəlir deməkdir”.

Bundan əlavə, dövlət başçısı Ukraynada inkişaf etdirilən texnologiyaların Qərb ölkələrinin istifadəsinə verildiyini vurğulayıb. Onun dediyinə görə, xüsusilə Birləşmiş Ştatlar müasir genişmiqyaslı quru müharibəsində təcrübə qazanıb. Özü də təkcə kəşfiyyat məlumatlarından deyil, həm də Amerika silahlarından istifadə edən hərbçilərin təcrübəsindən yararlanıb: “Hansı Amerika silahları işləyir, nə işləmir, nə effektivdir. Biz özümüz Rusiya texnikasına, elektrik şəbəkəsinə və hərbi hədəflərinə qarşı ABŞ-də olmayan PUA-lar hazırlamışıq”

Chosen
1
1
tribunainfo.az

2Sources