EN

"Türkiyə və region ölkələri fələstinlilərin Qəzzadan çıxarılması bəyanatları ilə razılaşa bilməz"

Türkiyə və region ölkələri ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından çıxarılması bəyanatları ilə razılaşa bilməz.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan \"Anadolu” agentliyinə bildirib.

\"Bu, nə regionun, nə də bizim qəbul edə biləcəyimiz vəziyyətdir. Hətta bu barədə düşünmək belə vaxt itkisidir. Bunu müzakirəyə çıxarmaq da düzgün deyil\", - siyasətçi qeyd edib.

H.Fidan həmçinin vurğulayıb ki, Türkiyə Qəzza zolağında fələstinlilərin maraqlarına cavab verməyən istənilən təşəbbüsün əleyhinədir.
 
///report
Chosen
22
6
azxeber.com

10Sources