EN

Xalq artisti Əlibaba Məmmədovun doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, muğam, xalq və bəstəkar mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun anadan olmasının 95 ili tamam olur.
 
AZXEBER.COM xəbər verir ki, Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.
 
O, Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində ustad xanəndə Seyid Şuşinskinin muğam sinfində təhsil alıb. Filarmoniyanın, \"Azkonsert birliyi”nin solisti olub. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində \"Hümayun” Xalq Çalğı Alətləri Ansamblını yaradıb və onun bədii rəhbəri olub.
 
Gənc yaşlarından muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınan xanəndə xalq ruhunda çoxlu mahnılar, təsniflər, rənglər, dəramədlər bəstələyib. Əlibaba Məmmədov \"Şöhrət”, \"İstiqlal” və \"Şərəf” ordenləri ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
 
Sənətkar 2022-ci ildə vəfat edib.

Aysel
Chosen
34
azxeber.com

1Sources