EN

Azərbaycanda yaşayışın keyfiyyəti qiymətləndirilib

Beynəlxalq göstəricilərə əsasən, Azərbaycanda yaşayışın keyfiyyəti 100 üzərindən 43 bal ilə qiymətləndirilib və ölkələrin reytinq siyahısında 98-ci pillədə yer tutub.

Teleqraf.com xəbər verir ki, adambaşına düşən ÜDM-ə görə Azərbaycan 197 ölkə arasında 100-cü sırada yer alıb. Qiymətləndirməyə əsasən, hazırda ölkədə adambaşına ÜDM 7,155 dollar, milli valyutada - 12 min 163 manat təşkil edir.

İnsan ömrü uzunluğu indeksi Azərbaycan üzrə 73.5 il müəyyən edilib. Bu göstəriciyə görə, respublika 95-ci yerdə qərarlaşıb. Bununla yanaşı, yol-nəqliyyat qəzalarında ölüm göstəricisi 6.7 səviyyəsində dəyərləndirilib. Azərbaycan yol qəzalarında ölüm hallarına görə, 197 ölkə arasında 44-cü sırada qərarlaşıb.

Onu da qeyd edək ki, ölkə üzrə yaşayış xərcləri orta hesabla 726 dollar (1234 manat) olduğu halda, xalis əmək haqqı 463 dollar (787 manat) hesablanıb. Xərc-əmək haqqı nisbəti baxımından isə Azərbaycan 132-ci yerdədir.


Müəllif: İlahə Səlimova
Chosen
1
teleqraf.com

1Sources