EN

“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir


İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün
xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində
müştərilər “055 100 XX XX formatında unikal nömrələr əldə edə
biləcəklər.
Yeni 100 seriyalı prestijli nömrələri “Bakcell”in rəsmi satış məntəqələrindən
fiziki SIM və eSIM, həmçinin rəsmi vebsayt və mobil tətbiq vasitəsilə eSIM
olaraq əldə etmək mümkündür.
Yeni seriyalı nömrələri onlayn şəkildə əldə etmək üçün sadəcə
www.bakcell.com/esim səhifəsinə keçid etmək kifayətdir. Link vasitəsilə,
həmçinin smartfonun eSIM-i dəstəkləməsini yoxlamaq olar.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir.
Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli
telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan
innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək
texnologiyalar tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding”
beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Chosen
10
41
veteninfo.az

10Sources