EN

Gürcüstan Saakaşvili dövrünü araşdıracaq - Parlament komissiyası yaradıldı

Gürcüstan parlamentində 2003-2012-ci illərdə mövcud olan hakimiyyətin fəaliyyətinin araşdırılması məqsədilə xüsusi istintaq komissiyası yaradılıb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, komissiyanın yaradılmasını qanunverici orqanın plenar iclasında 83 deputat dəstəkləyib.

Üç gün ərzində parlamentin müvafiq komitəsi komissiya üzvlərinin sayını və proporsional nümayəndəlik üçün kvotaları müəyyən edəcək.

Komissiya altı ay ərzində Mixail Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdırmağı planlaşdırır. Əldə olunan materiallar Gürcüstanın Baş Prokurorluğuna təqdim olunacaq.

Qeyd edək ki, istintaq komissiyasının fəaliyyəti artıq Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası üçün kiçik “Nürnberq prosesi” adını alıb.


Müəllif: Cəmilə Babayeva
Chosen
6
4
teleqraf.com

9Sources