EN

"Gündə 40 meyit yuyurdum, cənazələr parça-parça idi" - VİDEO

2023-cü ilin fevralın 6-da baş verən və "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərin üstündən iki il keçir.

"Unikal" xəbər verir ki, Türkiyəni dərindən sarsıdan təbii fəlakət minlərlə insanın həyatına son qoyub. Zəlzələdən qardaş Türkiyənin 11 şəhəri zərər görüb.

Hadisədən sonra onlarla meyit yuyan mürdəşir yerli KİV-ə açıqlama verib.Diyarbəkir Böyükşəhər Bələdiyyəsi Sağlamlıq İşləri İdarəsi Qəbiristanlıq və Cənazə Xidmətləri Şöbə Müdirliyində çalışan Abdulkadir Yüksel zəlzələ zamanı 24 saat fasiləsiz xidmət göstərdiklərini və meyitlərin yüzdə 80 faizini yuduğunu söyləyib. 

Depremde günde ortalama 40 cenaze yıkayan gassaldan tüyler ürperten sözlerDağıntılar altında 4, 5, 10 və 14 gün qalan meyitləri qəbul etdiyini deyən Yüksel, gündə 35-40 cəsəd yuduğunu da ifadə edib:

"Bura gələn cənazələr parça-parça gəlirdi. Gözləri çıxmış, bəziləri ikiyə bölünmüş meyitlər var idi. Bu tip meyitləri təyəmmümlə yumaq lazımdır. Çünki 6-7-8 parçalara bölünmüş insanlar var idi. Vicdanən rahat deyildim". 

Uzun illərdir mürdəşir peşəsində çalışan kişi başına gələn qəribə olaylardan da söhbət açıb:

"Meyit var idi ki, əlini yumurdum, amma açırdı. "Kəlmeyi-şəhadət"i söylədiyim zaman biz onun əlini yumduğunu gördük. Başqa bir meyit isə gülürdü. Simasında gülümsəmə mimikası var idi.  6-7 gün dağıntılar altında qalmış bir qadının cənazəsindən gül qoxusu iyi gəlirdi". 

Xatırladaq ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

Gülayə Mecid 

 

Chosen
3
unikal.az

1Sources