EN

DİM-də çalışmaq istəyənlərin nəzərinə - VAKANSİYA VAR

İmtahanların təşkili və idarəedilməsi departamentində sektor müdiri vəzifəsi üzrə vakansiya elan olunub.

Bu barədə DİM-dən AzEdu.az-a bildirilib.

Struktur bölmə: İmtahanların təşkili və idarəedilməsi departamenti

Struktur vahid:  Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektor

Vəzifənin adı:  Sektor müdiri

Qulluq funksiyaları:

  • Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün qabiliyyət imtahanlarının layihələndirilməsi və keçirilməsi məqsədilə sektorun işinin təşkil edilməsi və fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi;
  • Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seminarların, təhsil müəssisələri, mütəxəssislər və ekspertlərlə işin təşkil edilməsi;
  • Qəbul proqramlarının və test bankının yaradılması, vəsait və jurnalların hazırlanması proseslərinə rəhbərlik edilməsi;
  • İmtahanlarla bağlı təşkilati tədbirlərin keçirilməsi məqsədilə müvafiq qurumlarla işin aparılması sektorun işinin təşkil edilməsi
  • sektor üzrə işçilərin fəaliyyətinin istiqamətləndirilməsi, onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi;
  • Sektorun fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlərin görülməsi, bu barədə departament müdirinə təkliflər verilməsi;
  • Sektorun müvafiq hesabatlarını departamentin müdirinə təqdim edilməsi;
  • Sektor üzrə yeni təyin olunmuş işçilərin təcrübəli əməkdaşlara təhkim edilməsi və onların işinə bilavasitə nəzarət edilməsi;
  • İşçilərin vəzifəsindən kənarlaşdırılması ilə bağlı departament müdirinə təkliflər verilməsi;
  • Sektora daxil olan məktub və müraciətlərin araşdırılması və cavablandırılması işinin təşkil edilməsi;
  • Sektor işçilərinin mükafatlandırılması və ya cəzalandırılması barədə departament müdiri qarşısında məsələ qaldırılması;
  • Sektorun əməkdaşları arasında iş bölgüsünün aparılması;
  • Sektorun fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi;
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
  • Rəhbərlik və departament müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Təhsilə dair tələblər:  ali təhsil

İş stajına dair tələbi:  vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 4 il iş stajı

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (orta səviyyədə)

Xarici dil biliklərinə dair tələblər:  Rus dili-B2; İngilis dili-B2

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorun müdiri” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 14 fevral 2025-ci il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

Chosen
6
azedu.az

1Sources