21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək 2027-ci il Avropa çempionatının final mərhələsinin ev sahibləri müəyyənləşib.
QOL.az xÉ™bÉ™r verir ki, bu barÉ™də UEFA Ä°craiyyÉ™ KomitÉ™sinin iclasında qÉ™rar qÉ™bul edilib.Â
Albaniya və Serbiya turnirin ev sahibləri kimi təsdiqlənib. Məlumatı UEFA-nın rəsmi saytı yayıb.
16 komandanın iştirak edəcəyi final mərhələsi Albaniya (Tirana, Şkoder, Elbasan və Roqojina) və Serbiyanın (Novi Sad, Loznitsa, Leskovac və Zajecar) 4 stadionunda (ümumilikdə 8) keçiriləcək. Açılış oyunu Serbiyada, final matçı isə Albaniyada olacaq.
Sözügedən ölkələr ilk dəfə gənclər arasında Avropa çempionatına ev sahibliyi edəcəklər.
Qeyd edək ki, 21 yaşadək futbolçular arasında 2025-ci il Avropa çempionatı Slovakiyada keçiriləcək. Turnirin son qalibi İngiltərədir.