EN

Dərsdə halı pisləşən 15 yaşlı şagird öldü

Mingəçevir İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.

“Bakuinfo”nun məlumatına görə, 2010-cu il təvəllüdlü Yusif Yusifov 1 ay əvvəl ürək əməliyyatı keçiribmiş.

Bu gün dərsdə Y.Yusifovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Chosen
1
3
bakuinfo.net

10Sources