EN

ADY-nın əməkdaşları belə ifşa olundu: "Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik..." - VİDEO

Xəbər verdiyimiz kimi ölkədə bələdiyyə seçkiləri keçirilib. MSK-nın bəzi dairələrdə pozuntu olması ilə bağlı rəsmi məlumat verib, həmçinin seçkilərdən sonra 20 müraciət daxil olub və araşdırırlır. Xalq.az-a daxil olan məlumata görə bəzi seçki dairələrinin məntəqələrində "karusel" həyata keçirilib. Bu proses Gəncədəki seçki dairəsi üzrə bəzi məntəqələrdə baş verib. Belə ki, ADY-nın Gəncə Dəmir Yolları İdarəsinin əməkdaşları bir neçə məntəqədə səsverdiyi yerdə aşkarlanıblar.

 

Videoda göründüyü kimi səsverməyə gələn idarənin əməkdaş bildirib ki, Dəmir Yolları İdarəsinin rəsinin tapşırığı  ilə səsverməyə gəliblər.

 

Video sosial platformada yayımlanıb.

 

Bu məsələ ilə bağlı ADY-dan heç bir açıqlama almaq mümkün olmayıb.

 

Qurumun açıqlmasını dərc etməyə hazırıq.

Chosen
3
9
bakuinfo.net

10Sources