EN

"Qardaşım uşaq olanda Anar Fərəcli ona qarşı əxlaqsızlıq edib" - FOTO


Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Daha sonra isə təqsirləndirilən şəxsin qardaşı Xəqani Tağıyev şahid qismində ifadə verərək bildirib ki, onda olan məlumata görə, Müşfiq Tağıyevin silahı olmayıb: ”Atamın adına rəsmi sənədləri olan ov tüfəngi olub evdə, atam rəhmətə gedəndən sonra 2016-cı ildə Müşfiq Daxili İşlər Nazirliyində həmin silahı öz adına keçirib. 2020-ci ildə isə silah satılıb. Cinayət yerində olan silahı isə, mən görməmişəm. Qardaşımla eyni evdə yaşasaq da, mən onun işlərinə qarışmamışam, otağına da girmirdim. Qarşı tərəflə də heç bir ədavətimiz olmayıb. Sonradan öyrəndiyim məlumata görə bu işin əsasında Anar Fərəclinin qardaşıma qarşı əxlaqsızlıq etməsi olub. O, bu hadisə ilə qarşılaşanda azyaşlı olub. Vaxtında atama bunu desəydi, həmin vaxtı da başqa cinayət olacaqdı. Yaxşı ki, atasına deməyib bunu, yoxsa körpə bir uşağa qarşı olunmuş bu cinayət qarşılığında çox böyük bir biyabırçılıq olacaqdı. Bu hadisə baş verənə qədər bu haqda heç vaxt danışılmayıb. Hər kəsin öz intiqam hissi ayrı olur. Qardaşım bu hadisəyə görə belə intiqam alıb. Hadisə günü isə, qardaşımı 1 saat 30 dəqiqədən sonra 47-ci məhəllə ərazisində görmüşəm. Yolda onu da götürdüm, Yaşıldərə ərazisində düşdü maşından. Qonşuluqda baş verən hadisəyə görə mən də işə gec getmişdim. Qonşuluqda baş verən hadisə ilə bağlı danışdım, heç bir şübhəli reaksiyası olmadı. Önəmli bir hadis kimi baxmadılar.

Mənim qardaşım söyüşə görə adam öldürməz, onin həmişə yaşıdları arasında özünə görə hörməti olub”.

Təqsirləndirilən müşfiq Tağıyevin əmisi də şahid kimi ifadə verib: “Mənə polis idarəsindən Müşfiqin saxlanılması barədə zəng gələndə hadisədən xəbərim olub. Ondan öncə mənim heç nəydən xəbərim olmayıb. Müşfiq bu iş barədə də mənimlə heç nə paylaşmayıb”.

Daha sonra zərərşəkmiş tərəflə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.

Müşfiq Tağıyev deyib ki, silah ona atasından qalıb, hadisəni də o silahla törədib. O, bu əmələ görə peşman olmadığını deyib.

Məhhəmə şahid kimi tanınan digər 3 nəfərin məhkəməyə məcbur gətirilməsi barədə qərar qəbul edib.

Məhəm prosesi fevralın 19-da davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.

İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Chosen
2
4
bakupost.az

5Sources