Naməlum şəxs Ağ Evin hasarına çıxdı - FOTO
Amerika paytaxtında naməlum şəxs Ağ Evin ətrafında quraşdırılmış hasara çıxıb. Manset.az xəbər verir ki, bu barədə Fox5 telekanalı məlumat yayıb. Jurnalistlərin məlumatına görə, hadisə fevralın 3-də baş verib. Onlar aydınlaşdırıblar ki, ictimai asayişi pozan şəxs artıq saxlanılıb. "ABŞ Məxfi Xidməti bir adamı Ağ Evin kənarında xarici hasardan keçdikdən sonra nəzarətə götürüb", - müxbirlər əlavə ediblər. Digər təfərrüatlar, o cümlədən kişinin kimliyi hələ açıqlanmayıb. Hüquq-mühafizə orqanlarının ona qarşı hər hansı ittiham irəli sürəcəyi də məlum deyil.
