EN

“Məşhur restoranların sahibi pulumu vermir” - Video

“Şikayətim Emin bəydəndir. O, bir çox restoranlar şəbəkəsinin - “Pak Dad”, “Balbadəm” “Qarabağ” və s. sahibidir. Bir ildən çox əməkdaşlıq etdim və 10 mindən artıq pulum onlarda qaldı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Cavad Zeynalov adlı vətəndaş APA TV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, həmin məbləği hissə-hissə onlardan alsa da, 2 min manat pulunu ödəmirlər:

“Bağbanlıq, gül satmaq və digər xidmət sahələrində fəaliyyət göstərmişəm. Xəstəliklə bağlı müraciət etdim ki, pulumu alım, ancaq ödəniş əvəzinə yalan vədlər verirlər”.

C.Zeynalov sözügedən iş adamının onların pulunu ödəməkdənsə, müğənnilərə ad günlərində tort göndərdiyini söyləyib:

“Yeni ildə Vəfa Şərifovanın ad gününə tort göndərir. Mən ondan əlil uşağımın haqqını ala bilmirəm. Mənimlə gedən işçilər də var və onların da maaşı ödənmir. Həmin adamlar məni günahkar bilir və haqlarını məndən tələb edirlər. Əks halda adımı polisə verəcəklərini bildirirlər”.

Mənbə: qafqazinfo.az

Chosen
3
14
qafqazinfo.az

10Sources