Dünyanın ən güclü komandalarından biri olan Yaponiya əsas heyəti ilə Bakı Böyük Dəbilqə turnirində iştirak edəcək.
Futbolpress.az xəbər verir ki, Yaponiyanın Olimpiya və dünya çempionları Paris 2024 Yay Olimpiya Oyunlarından sonra ilk dəfə güclərini bu yarışda nümayiş etdirəcəklər:
14 fevral | Qadınlar -48 kq & -52 kq, Kişilər -60 kq
Natsumi Çunoda (48 kq) – Olimpiya çempionu, üçqat dünya çempionu.
Uta Abe (52 kq) – Olimpiya çempionu, dördqat dünya çempionu. Paris Olimpiadasındakı məğlubiyyətdən sonra geri dönüş üçün hazırdır!
Ryuju Naqayama (60 kq) – Olimpiya və dünya mükafatçısı.
15 fevral | Kişilər -73 kq
Tatsuki İşihara (73 kq) – Dünya mükafatçısı. Hidayət Heydərovla Dünya Çempionatının finalında qarşılaşan idmançı!
16 fevral | Kişilər -90 kq
Sanşiro Murao (90 kq) – Olimpiya və dünya mükafatçısı.
Həmçinin, ikiqat Olimpiya və üçqat dünya çempionu Ono Şoheyinin də məşqçi kimi Yaponiyanın nümayəndə heyətinin tərkibində Bakıda olması gözlənilir.