EN

Tramp Qəzzanı ələ keçirir

HƏMAS terror təşkilatının sözçüsü Sami Əbu Zöhri "Reuters" xəbər agentliyinəaçıqlamasındabu iddiaya reaksiya verib. O vurğulayıb ki, "Trampın dedikləri gülünc və absurdur".

"Bu cür qəribə fikirlər regionu yenidən alovlandıra bilər",- o deyib.
İran XİN:"Trampın qəzzalılarla bağlı planı etnik təmizləmədir"

Belə ki, daha əvvəlki çıxışlarında Qəzzada bərpa-quruculuq prosesi dövründə fələstinlilərintəhlükəsiz əraziyə köçürülmələrinin vacibliyini diqqətə çatdıran Donald Tramp İsrailin hökumət başçısı ilə birgə mətbuat konfrasında çıxışı zamanı:

"Qəzzanı nəzarətə götürüb, oradakı bütün partlamamış bombaları və digər silahları aradan qaldıracaq, xarabalıqları təmizləyəcək, qaydasına salacaq, əhali üçün qeyri-məhdud ev və iş yerləri yaradıb iqtisadi inkişafa çatacağıq",- söyləyib.

Əlbəttə, Qəzzanı öz idarəsində saxlamağa çalışan HƏMAS terrorçularının, habelə bir sıra regional qüvvələrin etirazına baxmayaraq, Trampın bu sözləri istər İsraildə, istərsə də ABŞ-də əsasən müsbət qarşılanıb. Əvvəla İsrailin Baş naziriBenyamin Netanyahusözügedən planı "yaxşı fikir" kimi qiymətləndirib.

"Şübhəsiz ki, HƏMAS-la mübarizəmizin biri Qəzza zolağının İsrail üçün təhlükə yaratmamasına çalışmaqdır. Prezident Tramp isə bu məqsədi daha da yüksək pilləyə qaldırdı. O terrorun, terrorçuların yuvasına çevrilmiş ərazi üçün fərqli gələcək görür",- o, mətbuat konfransında deyib.

Eyni zamanda, İsrailin əksərhökumət nümayəndələri , o cümlədən energetika naziri Eli Kohen, maliyyə naziri Betsalel Smotriç və "Knesset"in (parlament) spikeri Amir Ohana ABŞ liderinin planını məmnun ifadələrlə qarşılayıblar. Müxalif Milli Birlik Partiyasının lideri, keçmiş ordu generalıBenni Qantsda məsələyə müsbət reaksiya verib.

"Prezident Tramp yenidən göstərdi ki, o, İsrailin əsl dostudur və təhlükəsizliyimizin müdafiəsində həmişə yanımızdadır. İrəli sürdüyü plan mübarizəmizin məqsədi ilə uzlaşan yaradıcı, orijinal və maraqlı fikirdir", - o vurğulayıb.

(ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof)

Ağ Ev sakininin təklifi Vaşinqtonda da alqışlanıb. Dövlət katibiMarko Rubio , ölkənin Yaxın Şərq üzrə xüsusi nümayəndəsiStiv Vitkof ,Nümayəndələr Palatasının spikeriMayk Consonvə başqaları planı dəstəkləyiblər.

"Qəzzada fələstinlilər üçün sülh və rifah fiziki məkana bağlı deyil. Gəlin bu insanlar üçün daha yaxşı şərait yaradaq, seçim imkanı verək",- Vitkof "Fox News" telekanalına müsahibəsində dilə gətirib.

Firudin Həmidli
AzVision.az
Chosen
3
azvision.az

1Sources