EN

İlk dəfə insan beynində mikroplastik tapıldı - CNN

Elm adamları ilk dəfə olaraq insan beyin toxumasında mikroplastiklərin olduğunu müəyyən ediblər. Bu, plastikin insan sağlamlığına təsiri ilə bağlı ciddi narahatlıq doğurub.

Aktual.az xəbər verir ki, bu barədə CNN telekanalı yeni araşdırmaya istinadla məlumat yayıb.

"Bu kəşf mikroplastiklərin orqanizmə necə daxil olması və bunun sinir sistemində hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlı elmi ictimaiyyət qarşısında yeni suallar yaradır", - tədqiqatın müəllifləri hesab edirlər.

Onların məlumatlarına görə, tədqiqatda iştirak edən onlarla insanın beyin toxuması nümunələrində plastik hissəciklər aşkarlanıb. Hər bir insanda tapılan bu mikroplastikin miqdarı bir çay qaşığı doldurmağa kifayət edər.

Ölçüsü 5 mm-dən az olan kiçik plastik parçaları olan mikroplastiklər çoxdan havada, suda və qidada tapılıb. Lakin onun beyində olması alimlər üçün sürpriz olub. Hissəciklərin tənəffüs yolları və ya mədə-bağırsaq sistemindən bədənə daxil ola biləcəyi və daha sonra qan dövranı ilə yayıldığı bildirilir.

Chosen
1
6
ulusum.az

10Sources