EN

Avstraliyada xidməti avtomobillə yeməyə gedən nazir istefa verdi

Avstraliyanın Yeni Cənubi Uels əyalətinin nəqliyyat naziri Co Heylen dövlət avtomobilindən şəxsi səyahəti üçün istifadə etməsi ilə bağlı etirazlardan sonra istefa verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Belə ki, nəqliyyat naziri Co Heylenin Avstraliyada həftəsonu nahar üçün şirkət avtomobili və sürücüsündən istifadə etməsi müzakirələrə səbəb olub.

Səyahət qeydləri göstərir ki, səfər yanvarın 25-i saat 08:00-da başlayıb, 20:50-də başa çatıb və “iş günü işgüzar səfər” kimi qeydə alınıb.

Nazir şəxsi səyahət üçün bir şirkət avtomobilindən istifadə etdiyini və sürücüsünü 13 saatda 446 kilometr sürməyə məcbur etdiyini etiraf edib və ötən gün keçirdiyi mətbuat konfransında istefa verdiyini açıqlayıb.

“Mən səhv etdim, heç kim ideal deyil. Mən qaydaları pozmadım, amma etiraf edirəm ki, bu, yeganə sınaq deyil. Xalqı məyus etdim və çox təəssüf edirəm”, - nazir bildirib.

Bundan əlavə, Heylen 759 dollarlıq səyahət xərclərini də ödəyəcək.

Yeniavaz.com

Chosen
1
1
hurriyyet.az

2Sources