EN

Elektron reseptə qoşulmaq üçün vətəndaşlar və həkimlər nə etməlidirlər?

Bakı. Trend:

Elektron Resept tətbiqi həkimlər, vətəndaşlar və əczaçılartərəfindən vahid bir sistem şəklində istifadə üçün nəzərdə tutulubvə bu tətbiqə qoşulma prosesi olduqca sadədir.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Rəqəmsal SəhiyyəMərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.

Onun sözlərinə görə bunun üçün müvafiq mobil cihazlara“Reseptim” mobil tətbiqini yükləmək kifayətdir:

““Reseptim” mobil tətbiqinin əlçatanlığını təmin etmək məqsədilə2024-cü ilin yanvar ayından etibarən Səhiyyə Nazirliyinin rəsmiinternet resurslarında (www.sehiyye.gov.az, www.e-health.gov.az) “Elektron Resept” tətbiqi üçünxüsusi keçidlər yerləşdirilib. Bu keçidlərdə qeyd olunan QR kodlarımüvafiq mobil cihazlarla skan edərək “Reseptim” mobil tətbiqinisürətli şəkildə yükləmək mümkündür. “Reseptim” mobil tətbiqinəgiriş “Digital Login” vasitəsilə həyata keçirilir. Tətbiqə daxilolduqdan sonra elektron resept təyin etmək üçün “Profil Seçimi”funksiyasından istifadə edənlər müvadiq olaraq həkim kimi və yavətəndaş profili seçməlidir. Həkimlər üçün olan profildə onlartəyin etdikləri bütün elektron reseptləri, eləcə də müayinəyə gələnpasiyentlərin siyahısını görməyə imkan mövcuddur”.

S.Məhərrova bildirib ki, həkim bir neçə tibb müəssisəsindəfəaliyyət göstərirsə, “Profil Seçimi” funksiyası vasitəsilə reseptitəyin etdiyi hazırkı tibb müəssisəsini seçməlidir. Bununla yanaşı,“Reseptim” mobil tətbiqi həkimlərə elektron reseptlərdə dərmanvasitələrinin istifadə qaydalarını və doza hədlərini qeyd etməkimkanı da təqdim edir.

Vətəndaşlar “Reseptim” mobil tətbiqinə pasiyent kimi daxilolduqda, onlara elektron resept təyin etmiş həkimlərin siyahısınabaxmaq, təyin edilən reseptləri izləmək, reseptləri qəbul edənapteklərin siyahısını görmək kimi funksiyalardan və dərmanvasitələrinin axtarış sistemindən istifadə edə bilərlər”.

Mütəxəssis sonda qeyd edib ki, tətbiqin istifadə qaydaları iləbağlı ətraflı məlumatlar xüsusi video təlimatlarda izah edilib:

“Təlimatlarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edəbilərsiniz:
https://bit.ly/4hzwBI1

Chosen
1
7
az.trend.az

8Sources