EN

Ötən il pambıq ixracının həcmi 60 faizədək artıb

2024-cü ildə ölkədən 213,5 milyon ABŞ dolları dəyərində 132,8 min tondan çox pambıq xarici bazarlara tədarük edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2023-cü ilə nisbətdə ixracın dəyəri 30,2 faiz və ya 49,5 milyon dollar, həcmi isə 59,9 faiz və ya 49,7 min ton artıb.

Ümumilikdə ötən il ərzində ölkədən 2,88 milyard dollar dəyərində 4,8 milyon tondan çox Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib. Hesabat ilində pambıq ixracının xüsusi çəkisi 7,4 faizə bərabər olub.

Chosen
1
1
vergiler.az

2Sources