EN

ABŞ "Temu"ya sanksiya tətbiq edə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Trampın administrasiyası amerikalı istifadəçilər arasında populyar olan Çinin "Temu" və "Shein" onlayn-reteylerlərini məcburi əməkdən istifadə edən şirkətlərin siyahısına salmaq imkanını nəzərdən keçirir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Semafor" portalı öz mənbələrinə istinadən xəbər verib.
Bildirilir ki, məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
"Shein"in nümayəndəsi bildirib ki, internet mağazasının fəaliyyəti qanunvericiliyə tam uyğundur və onlar faktların ədalətli təhlilindən qorxmurlar.
Qeyd edək ki, 2021-ci il dekabrın 23-də ABŞ-də Çinin Sincan-Uyğur Muxtar Rayonundan (SUMR) malların idxalına məhdudiyyətlər, həmçinin bu regionda məcburi əməkdən istifadə edilməsində məsuliyyət daşıyan şəxs və təşkilatlara qarşı sanksiyalar nəzərdə tutan qanun qüvvəyə minib. 2022-ci ilin iyunundan bu tədbirlər tətbiq edilməyə başlanıb və artıq Çinin 144 şirkəti ABŞ-yə idxal qadağası siyahısına düşüb.
Çin SUMR-da məcburi əməkdən istifadə edilməsi ilə bağlı ittihamları qəti şəkildə rədd edir, ABŞ-nin sanksiyalarını daxili işlərə müdaxilə kimi qiymətləndirir və Çin Xalq Respublikasının (ÇXR) məcburi əməkdən istifadə etməsi ilə bağlı ittihamları "tam cəfəngiyat" hesab edir.
Chosen
6
oxu.az

1Sources