“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ildən Ağdam komandasındaçıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.
Julio Romao karyerasını Macarıstanda - "Ferensvaroş"da davam etdirəcək. Bu barədə Budapeşt klubunun yaydığı açıqlamada bildirilib.
Tərəflər arasında bu gün müqavilə imzalanıb. Hələlik kontraktın detalları açıqlanmayıb.