EN

Tramp: Mən İranın uğurlu, amma nüvəsiz ölkə olmasını istəyirəm!

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı onun sülh yolu ilə inkişafına və çiçəklənməsinə imkan verəcək sülh sazişi təklif edib.

Turkustan.az xəbər verir ki, o, bu barədə o, fevralın 5-də özünün Truth Social sosial şəbəkəsində yazıb.

“Mən İranın böyük və uğurlu, lakin nüvə silahına malik olmayan ölkə olmasını istəyirəm”, - Tramp deyib.

O, həmçinin əlavə edib ki, bu məsələyə dərhal diqqət yetirilməli və müqavilələr yazılı şəkildə qeydə alınmalıdır.
"Biz bunun üzərində dərhal işə başlamalıyıq və imzalanandan və təsdiqlənəndən sonra böyük bir Yaxın Şərq bayramı keçirməliyik"-deyə, ABŞ prezidenti əlavə edib.

Bir gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Donald Tramp İranın nüvə silahı əldə etməsi ilə bağlı narahatlığını ifadə etməkdə səhvdir və onun bəyanatlarının heç bir əsası yoxdur. O, həmçinin əlavə edib ki, Amerika liderinin İrana təzyiq cəhdi əvvəlki dövlət başçısı dövründə olduğu kimi uğursuzluğa düçar olacaq.

Aytən Yaşar/ Turkustan.az

Chosen
6
turkustan.az

1Sources