EN

22 yaşlı riyaziyyatçı kriptovalyutadan 65 milyon dollar oğurlayıb

Bakı, TurkicWorld

Nyu-Yorkun Bruklin şəhərinin federal prokurorları, Kanada vətəndaşı Andean Medjedoviçə qarşı açılan işi elan ediblər.

TurkicWorld xəbər verir ki, 22 yaşlı Medjedoviç, KyberSwap və Indexed Finance platformalarından 65 milyon dollar dəyərində kriptovalyuta oğurlamaqda ittiham olunur.

Prokurorların məlumatına görə, Medjedoviç KyberSwap platformasından 49 milyon dollar, Indexed Finance platformasından isə 16 milyon dollar oğurlayıb. O, qanunsuz yolla əldə etdiyi gəlirləri həmçinin yumaqda da ittiham edilir.

Medjedoviçin özünü şəxsi yazışmalarında “pirat” kimi təqdim etdiyi və "Mən günahkar da ola bilərəm, olmaya da bilərəm" ifadəsini işlədiyi bildirilir. Həmçinin, 2021-ci ildən Kanada hakimiyyət orqanlarından qaçan Medjedoviçin, Vaterloo Universitetində magistr təhsili aldığı dövrdə riyazi bacarıqlarını kriptovalyuta bazarında zərərli məqsədlər üçün istifadə etdiyi deyilir.

Qeyd edək ki,m Medjedoviç, 2022-ci ildə Bloomberg-ə verdiyi müsahibədə əməliyyatlarının qanuni olduğunu müdafiə etmişdi. Bununla belə, prokuror Con Durham Medjedoviçin hərəkətlərinin investorlara zərər vurduğunu və dünyanın harasında olmalarından asılı olmayaraq məsuliyyət daşıyacaqlarını vurğulayıb.

Chosen
6
turkic.world

1Sources