EN

Hakan Fidanın mesajından sonra meydan oxudular – “Sonadək döyüşəcəyik”

“Suriya Demokratik Qüvvələri”nin (SDQ) komandanlığı Suriyada hakimiyyət dəyişikliyindən sonra ABŞ və Qərb koalisiyası ilə sıx koordinasiyanı saxlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə SDQ-nin nümayəndəsi Leyla Musa “Al Hadath” telekanalına məlumat verib.

“Amerika qüvvələrinin ölkədə vəziyyət sabitləşənə qədər Suriyada qalmasına üstünlük veririk. Amerika qoşunları Suriyanı tərk edərsə, öz torpaqlarımızı müdafiə etmək üçün silaha sarılacaq və əldə etdiklərimizi qoruyacağıq”, - Musa ABŞ-nin qoşunlarını Suriyadan çıxaracağı ilə bağlı məlumatı şərh edərkən deyib.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün PKK terror təşkilatına bağlı SDQ/YPG qruplaşmasının ləğv ediləcəyini açıqlayıb.

Onun sözlərinə görə, bu barədə Türkiyə tərəfinə dünən Ankarada Suriya Prezidenti Əhməd Şəra məlumat verib.

Suriyanın yeni rəhbərliyi ölkədəki bütün silahlı qruplaşmaların ləğvi barədə qərar qəbul edib. Qərar Suriyanın şimalında “muxtariyyətini” elan edən SDQ/YPG-yə də aiddir. Terror təşkilatı Dəməşqin tələbini qəbul etməyib. Ölkə rəhbərliyi məsələ dinc yolla həll edilməsə, hərbi variantla çözüləcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
6
teleqraf.com

1Sources